“Latsio”nun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Marko Baroni təyin edilib.
60 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. İtaliyalı çalışdırıcı istefaya göndərilən İqor Tudoru əvəzləyib.
Baroninin son klubu “Verona” olub. Onun rəhbərliyi altında komanda 2023/24 mövsümünü A Seriyasında 13-cü yerdə başa vurub.