Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının açılış görüşünün ən yaxşı futbolçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Almaniya və Şotlandiya milliləri arasında keçirilən matçın ən yaxşı futbolçusu meydan sahiblərinin üzvü Jamal Musiala seçilib. 21 yaşlı yarımmüdafiəçi komandasının 5:1 hesabı ilə qələbə qazandığı qarşılaşmada ikinci qolun müəllifi olub.

Oyuna start heyətində başlayan Musiala 74-cü dəqiqədə əvəzlənib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp