“Karvan” heyətini gücləndirməkdə davam edir. Növbəti mövsümdə iddialı olmaq istəyən I Liqa klubu təcrübəli futbolçuları heyətinə qatır.

Yevlaxlılar hücum mövqeyində çıxış edən Bəhruz Teymurovla ilkin razılıq əldə edib.Yaxın günlərdə “Karvan” Bəhruzla bir illik müqavilə imzalayacaq.

Geridə qalan mövsümdə “Şamaxı” ilə I Liqada çempionluq yaşayan Teymurov mövsümü 8 qolla başa vurub. O, 2010-2011 futbol mövsümündə “Karvan”ın formasınə geyinib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp