İsveçrənin “Qrasshopper” klubunun idman direktoru Stefan Şvarz komandanın azərbaycanlı üzvü Renat Dadaşov barədə danışıb.

Futbolinfo.az-a açıqlama verən klub rəsmisi millimizin forvardını yenidən icarəyə vermək barədə düşünmədiklərini bildirib:

“Renat iyulun birində komandaya qayıdacaq. Onu yenidən icarəyə vermək düşünmürük. Türkiyənin “Hatayspor” klubuna da yenidən getməyəcək. Əgər o istəsə, burda qalıb oynaya bilər. Biz ona xoş gəldin deyirik və “Qrasshopper” üçün mübarizə aparmalıdır”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp