Yevlax sakini Şakir Zəngəzurlu “Şahənşah” və ya “Yevlax daması” adlandırdığı yeni oyunun geniş şəkildə yayılmasını istəyir.

Onun 1995-ci ildə tərtib etdiyi “Şahənşah” elə şahmat üzərində qurulub. Lakin Şakir Zəngəzurlu yeni oyunu ənənəvi şahmatdan fərqləndirir.

Tərtibatçı deyir ki, şahmatdan fərqli olaraq “Şahənşah”da bərabərlik prinsipi daha çox gözlənilir: “Şahmatda qarşı-qarşıya fiqurlar hərəsi biri ağda, biri qara damada dayanır. Burada bərabərlik prinsipi pozulur. Fiqurlar qara xanadadırsa, ağda da o qara xanada dayanmalıdır. Piyadalar da həmçinin – şahmatda ağ şah qarada dayanır, qara şah ağda dayanır. Bunun özü bir nöqsandır. Hər bir fiqurun birdəfəlik yeri olmaldır”.

dfb4a75d 3fff 496d a9d0 2b630bcf4615 - Futbolinfo.az

Şakir bəyin sözlərinə görə, “Şahənşah”da bunun tam əksidir. Həmçinin fiqurların içərisində vəkillər də yer alırlar: “Bu oyunun adını “Şahənşah” qoymuşam. Ona görə ki, şahmatda iki dənə şah var. Bir şah gəlib əgər bayrağı mərkəzə – qızıl xanaya sancırsa, qələbə qazanırsa, o, artıq şahlıqdan düşür. O biri artıq şah olur. Lövhəni 9-9-a hazırlamışam, belədə mərkəzi xana alınır və mərkəzi qırmızı rəngləyirəm. Kim gətirib şahı mərkəzə qoya bilərsə, qələbə qazanır, oyun qurtarır. Hazırda rayon sakinləri arasında bu oyuna maraq artır. Böyükdən-balacaya bir çox insan boş vaxtlarında “Şahənşah” la məşğul olur”.

Rayon sakini Yusif Əsədov da bu variantı bəyənir. Nəriman Əzizli isə uğur qazanmağı da bacarıb: “Mən artıq oyunu tam bilirəm. Yarışlarda iştirak edib 1, 2 və 3-cü yerləri tutmuşam”.

74f7703e 8595 4357 b198 eed22f2302c2 - Futbolinfo.az

İndi Şakir Zəngəzurlunun əsas istəyi “Yevlax daması”nın daha çox tanınmasıdır.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp