İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-ün ilk turunda Albaniyanı məğlub etdikləri matç haqqında danışıb. İtaliya yığması 21-c saniyədə buraxılan qolla geri düşsə də, daha sonra 2 qol vurub və qələbə qazanıb.

Spaletti isə komandasının əzmkarlığını belə şərh edib: “Bu gün meydanda çox yaxşı işlər gördük. Bu işlər bizi yaxşı yerlərə aparmalıdır. Rəqibi bir neçə dəfə cəzalandırmaq imkanımız oldu, amma bacarmadıq. Oyunumuzu yaxşı qurduq, amma sonra hücumun xeyrinə düzgün qərar vermək lazım olanda fikrimizi çox tez dəyişdik.

İtaliya millisi Barelladan çox asılıdır? Milli komandanın 26 güclü futbolçusu olduğu üçün heç kimsiz bacarmalıdır. Fərddən asılı komanda ideyasını bəyənmirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp