Bu gecə Amerikanın Las-Veqas şəhərindəki “MGM Grand Arena”da böyük peşəkar boks axşamı baş tutub. Gecənin nüfuzuna görə ikinci döyüşündə, yüngül ağır çəkidə müvəqqəti WBC titulu uğrunda iki keçmiş dünya çempionu – amerikalı David Benavidez və ukraynalı boksçu Aleksandr Qvozdik qarşılaşıb.

Mübarizə 12 raund davam edib, Benavidez hakimlərin yekdil qərarı ilə qalib gəlib. Bütün hakimlərin kartlarında amerikalının əhəmiyyətli üstünlüyünü qeydə alınıb – 116-112, 117-111, 119-109.

044f5412 a15a 4da8 b6c5 2ead87a13d87 - Futbolinfo.az

Gecənin əsas hadisəsi amerikalı boksçular Gervonta Devis və Frenk Martin arasında yüngül çəkidə titul uğrunda döyüş olub. Qələbəni səkkizinci raundda rəqibini nokaut edən Devis qazanıb. Beləliklə, Devis WBA versiyası üzrə yüngül çəkidə dünya çempionluğu titulunu qoruyub saxlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp