Həvəskar idmançı Varvara İvleyeva Qazaxıstanın ən böyük gölünü – Balxaşı üzərək keçib. Üzgüçü 41 km məsafəni 15 saat 49 dəqiqə 14 saniyəyə qət edib. Varvara 5 ildir üzgüçülüklə məşğuldur və həkim işləyir.

Xatırladaq ki, keçən il artıq gölü üzüb keçmək cəhdləri olub. Lakin Pavel Pankovski güclü dalğalar və sualtı axınlar üzündən yarışı bitirə bilməyib. Göldə üzmək həm də hava şəraitinə görə çətin hesab olunur: burada həm isti, həm də küləklə birlikdə tufanlar olur.

Əlavə edək ki, üç idmançıdan ibarət komanda da estafet yarışında gölü üzərək keçməyi bacarıb. Pavel Pankovski, Aleksandr Makoviç və Dmitri Yeqorov 41 km məsafəni 11:39:10-a qət ediblər.

Balxaş gölündə üzgüçülük yarışı “Grand Swim Series” tərəfindən keçən ildən başlayaraq təşkil edilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp