“Təqdirəlayiq oyunlar sərgilədik”. Bunu Slovakiya millisinin baş məşqçisi Françesko Kaltsona Rumıniyaya qarşı oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis Avro-2024-ün qrup mərhələsinin son tutundakı qarşılaşmanın yüksək səviyyədə keçdiyini bildirib: “Bizim tərəfimizdən əla oyun oldu, futbolçularımız yaxşı mübarizə apardılar. Rumıniya güclü komandadır. Hər biri yüksək səviyyəyə malik 3 yığma ilə qarşılaşdıq. Düşünürəm ki, təqdirəlayiq oyunlar sərgilədik”.

Qeyd edək ki, matç heç-heçə (1:1) yekunlaşıb hər iki komanda 1/8 finala yüksəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp