“Şadam ki, hər şey bizim üçün uğurlu oldu”. Bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Slovakiyaya qarşı Avro-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis qrupu lider başa vurduqları üçün xoşbəxt olduğunu deyib: “Qrupdakı bütün komandalar 4 xal yığdı. Bu cür maraqlı vəziyyət həyatda həmişə olmur. Şadam ki, hər şey bizim üçün uğurlu bitdi. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik. Rumıniyalı olduğum üçün fəxr edirəm”.

Qeyd edək ki, Slovakiya – Rumıniya matçı heç-heçə (1:1) yekunlaşıb. Bu nəticədən sonra rumınlar yer aldıqları E qrupunu birinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıblar.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp