“Turan Tovuz” tezliklə yeni transferini açıqlayacaq. Bölgə təmsilçisi I Liqaya düşən “Qəbələ”nin müdafiəçisini heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, ötən mövsümü icarə əsasında “Kəpəz”də keçirən Rüfət Əhmədov transfer edilib. Tovuzlular onun üçün “Qəbələ”yə 50 min manat ödəyib. Onun 2+1 illik müqavilə imzalayacağı gözlənilir.
Birvaxtlar gələcəyin ən ümidverici gənclərindən hesab olunan Rüfət ardıcıl diz zədələrindən sonra toparlanmağa davam edir. 22 yaşlı cinah oyunçusu Gəncə təmsilçisindən az oynadığı üçün ayrılıb və Tovuzda özünü doğruldacağına ümid edir.
Son mövsümlərdə xeyli yetirməsini satan “Qəbələ” bir müddət öncə Emil Səfərovu da “Neftçi”yə göndərib.