“Səbail” Azərbaycan millisinin müdafiəçisi Mert Çeliklə münasibətləri rəsmiləşdirib.

Futbolinfo.az xəbər verir ki, Bakı klubu 24 yaşlı futbolçu ilə müqaviləni sosial şəbəkə vasitəsilə açıqlayıb.

Çelik Premyer Liqa təmsilçisi ilə 1 illik sazişə qol çəkib. O, “Səbail”də 20 nömrəli formanı geyinəcək. Futbolçunun son klubu Türkiyə təmsilçisi “Başakşəhər” olub.

Qeyd edək ki, Mert Çelik 2020-2023-cü illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib. O, U-21 yığmamızın heyətində 7 oyunda 1 qol vurub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp