Fransanın “Lill” klubu Tomas Mönye ilə müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Belçikalı müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.

Ötən mövsüm Dortmund “Borussiya”sında çıxış edən 32 yaşlı futbolçu mövsümün ikinci hissəsini Türkiyənin “Trabzonspor” klubunda keçirib. Belçika millisinin üzvü daha əvvəl Fransada PSJ-də (2016-2020) çıxış edib.

Shares: