Formula 1 üzrə dünya çempionatının 13-cü mərhələsi geridə qalıb.

Futbolinfo.az xəbər verir ki, Macarıstanda keçirilən yarış “Maklaren” komandasının triumfu ilə başa çatıb.

Dünən keçirilən təsnifatda ilk cərgəni zəbt edən Lando Norris və Oskar Piastri yarışın əvvəlindən sonuna qədər liderliyi sürdürüblər. Startda komanda yoldaşını keçən Piastri karyerasında ilk qələbəsini qazanıb. Norris ikinci olub. Üçüncü yeri Luis Həmilton tutub. Bu onun karyerasında 200-cü podium olub. Bu uğurdan sonra “Maklaren” mühəndislər kubokunda “Ferrari”ni keçərək “Red Bull”a yaxınlaşıb. Lider isə niderlandlı Maks Ferstappendir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp