Xames Rodriges Avropaya qayıtmaq istəyir. Amerika Kubokunda yenidən yüksək səviyyəli futbol sərgiləyən kolumbiyalı yarımmüdafiəçi bir neçə real təklif alıb.

Futbolinfo.az xəbər verir ki, “Portu”, “Real”, “Bayern” kimi klublarda oynamış, son olaraq “Olimpiakos”da çıxış etmiş Xames ötən yay “San Paulu” ilə müqavilə bağlayıb. İndi o, bir illik bağlılığının qaldığı Brazilya klubu ilə vidalaşmağa çalışır.

33 yaşlı oyunçu sərbəst qalmağı bacarsa, bir neçə Avropa klubu ilə danışıqlara başlayacaq. “Qalatasaray”ın da maraqlandığı yarımmüdafiəçiyə əsas diqqət İngiltərə klublarındandır.

Shares: