AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Futbolinfo.az xəbər verir ki, o, Albaniyada yerli “Partizani” və Gürcüstanın “İberia” komandaları arasında keçiriləcək Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Elbasan şəhərinin eyniadlı stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.