Avropa Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, bu gün 9 cavab oyunu baş tutub.

Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”a evdə də qalib gələrək növbəti mərhələyə yüksəlib.

“Zirə”ni mübarizədən kənarlaşdırmış “Şerif” isə bu raundda “Elfsborq”a uduzaraq Avroliqa ilə vidalaşıb.

“Molde”, “Braqa”, “Panatinaikos”, “Serkl Brügge”, “Riyeka”, “Ayaks” və “Rapid” (Vyana) də növbəti raunda yüksəliblər.

Növbəti mərhələnin oyunları avqustun 8-də və 15-də keçiriləcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları

1 avqust

Elfsborq (İsveç) – Şerif (Moldova) 2:0 (ilk oyun 1:0)

Silkeborq (Danimarka) – Molde (Norveç) 3:2 (1:3)

Makkabi (Petah Tikva, İsrail) – Braqa (Portuqaliya) 0:5 (0:2)

Trabzonspor (Türkiyə) – Rujomberok (Slovakiya) 1:0 (2:0)

Botev (Bolqarıstan) – Panatinaikos (Yunanıstan) 0:4 (1:2)

Serkl Brügge (Belçika) – Kilmarnok (Şotlandiya) 1:0 (1:1)

Riyeka (Xorvatiya) – Hunedoara (Rumıniya) 1:0 (0:0)

Voyvodina (Serbiya) – Ayaks (Niderland) 1:3 (0:1)

Rapid (Vyana, Avstriya) – Visla (Krakov, Polşa) 6:1 (2:1)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp