“Böyük dəbilqə” yarışlarının 22 qat qalibi, dünya reytinqinin keçmiş bir nömrəsi, ispaniyalı Rafael Nadal Olimpiya Oyunlarını tərk etdikdən sonra “US Open”də mümkün iştirakından danışıb.
“ABŞ-də çox güman ki, olmayacağam. Tezliklə sizə daha dəqiq xəbər verəcəyəm. Bunun üçün mənə vaxt lazımdır. Amma iştirakım çətin görünür”, – deyə Rafael “Tennis Infinity”yə müsahibəsində bildirib.
Xatırladaq ki, iyulun 31-də o, həmyerlisi Karlos Alkarasla cütlükdə Olimpiadanın 1/4 finalında amerikalı Rajeev Ram və Ostin Krajiçek duetinə 2:6, 4:6 hesabı ilə məğlub olub.
Nadal 2008-ci il Olimpiadasında təklərdə çempion olub. O, həmçinin Rio-2016-da Mark Lopezlə birlikdə cütlüklərdə qızıl medal qazanıb.