Braziliyanın “Vasko da Qama” klubunun yarımmüdafiəçisi Ze Qabriel karyerasını Azərbaycanda davam etdirə bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, 25 yaşlı futbolçu Misli Premyer Liqasında çıxış edən bir klubun maraq dairəsindədir. Dayaq yarımmüdafiəçisinin son vaxtlar komandada uğursuz çıxışla yadda qalması səbəbindən rəhbərlik onunla yolları ayırmağın əleyhinə deyil.

Ze Qabrielin danışıq apardığı Azərbaycan klubunun adı açıqlanmayıb.

Qeyd edək ki, “Vasko da Qama”ya 2022-ci ildə “İnternasional”dan keçən Ze Qabrielin klubu ilə müqavilə müddəti 2025-ci ilin sonuna qədərdir.

Shares: