Konor Qallaher “Atletko” ya keçməyə razılıq verib. “Çelsi”nin hücumçusu 5 illik şəxsi müqaviləsinin bütün detallarını dəqiqləşdirib.
Futbolinfo.az xəbər verir ki, indi transferin reallaşması üçün klubların razılığa gəlməsi lazımdır. Təklif və tələb arasında böyük fərq yoxdur. Güman ki, klublar 40 milyon avroya anlaşma əldə edəcək.
“Çelsi” 24 yaşlı yetirməsini satmağa məcburdur. Klub maliyyə feyr-pleyini təmin etmək üçün akademyasının yetirmələrindən birini transferə çıxarmalıdır və həmin şəxs Qallaherdir.