Misli Premyer Liqasının ilk turunda “Sabah”la “Şamaxı”nın oyunu sürpriz nəticə ilə yadda qaldı. Meydan sahiblər favorit olduğu görüşdən yalnıız bir xalla ayrıla bildi.

Matçın qəhrəmanlarından biri bölgə təmsilçisinin cinah oyunçusu Rüfət Abbasov oldu. “Neftçi”dən icarəyə götürülən futbolçu debüt oyununda (2:2) öncə gözəl qolla hesab arasındakı fərqi azaltdı, daha sonra məhsuldar ötürmə verdi.

Rüfət futbolinfo.az saytına açıqlamasında debütünü dəyərləndirib: “Şamaxı”da ilk rəsmi oyunumda qol vurub məhsuldar ötürmə etməyim çox xoş oldu. Amma məni ən çox sevindirən odur ki, komandam bu oyunda xal qazandı. “Şirlər” ilə 2 illik müqavilə imzalamışam və burada özümü xoşbəxt hiss edirəm. Daim məşqlərdə özümü yaxşı tərəfdən göstərib, meydanda “Şamaxı” üçün ən yaxşısını etməyə çalışacam. Mövsüm hələ yeni başlayıb. Öz üzərimdə daha çox işləyərək, çatışmayan cəhətlərimi düzəltməliyəm. Çalışacam ki, növbəti matçlarda da öz oyunumla komandaya kömək edim və baş məşqçimizin tapşırıqlarını yerinə yetirim”.

Qeyd edək ki, U-21 millimizin üzvü olan Abbasov son mövsümü “Neftçi”nin əvəzedici komandasının heyətində keçirərək çempion olub.

GÜNAY SÜLEYMANOVA

Shares: