“Neftçi” İsmayıl Zülfüqarlı ilə gələn yay başa çatmalı olan müqavilənin müddətini daha 1 illik uzadıb. Lakin bakılılar onu heyətində saxlamayacaq.

Futbolinfo.az xəbər verir ki, cinah müdafiəçisi yenidən icarəyə veriləcək. Ötən mövsüm “Turan Tovuz”da çıxış edən futbolçu yenə eyni şərtlərlə qərblilərin düşərgəsinə yollanıb.

İsmayıl Misli Premyer Liqasının ilk turunda meydana çıxmamışdı. Onun adı müqavilə ilə məxsus olduğu və icarəyə verildiyi komandaların görüşündə (0:0) protokola salınmamışdı.

Keçidin tezliklə rəsmən açıqlanması gözlənilir.

Shares: