“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub. O, ilin sonunadək yaşıl meydanlardan kənar qalacaq.

Bu haqda futbolinfo.az saytına klubun mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev məlumat verib: “İsa Suliman Portuqaliyada əməliyyat olunub. Hazırda əməliyyatdan sonrakı prosesi keçir. 2 həftə sonra Sumqayıta gələcək və burdakı reabilitasiya prosesinə başlanılacaq. Tam hazır olub, oyunlara qayıtmağı 6 aydan çox çəkəcək”.

Xatırladaq ki, mərkəz müdafiəçisi avrokuboklara və yeni mövsümə hazırlıq zamanı zədələnib. O, ötən il də əməliyyat olunmuşdu.

GÜNAY SÜLEYMANOVA

Shares: