Konor Qallaherin “Atletiko”ya transferi ertələndi. Klublar ortaq məxrəcə gəlməsə, keçid ümumiyyətlə, baş tutmayacaq.
Futbolinfo.az xəbər verir ki, “Çelsi” hücumçusunu satmağa razılıq vermiş, Konor Madriddə tibbi müayinədən də keçmişdi. Lakin son anda ispanlar rəsmi müqaviləyə imza atmayıb.
Qallaherin keçidinin düyünə düşməsnin səbəbi Samu Omorodionun “Çelsi”yə transferinin baş tutmamasıdır. Madridlilərin forvardı da Londona getmiş, şəxsi müqaviləni razılaşdıra bilməyərək geri dönmüşdü. Əvəzində Joao Feliksin İngiltərəyə qayıdışı da alınmır. Elə bu səbəbdən “Atletiko” “Çelsi” ilə bütün danışıqları dondurub. Keçidi alınmayan Qallaher isə xüsusi təyyarə ilə az öncə Londona qayıdıb.