Sabah Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçiriləcək.

Futbolinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, saat 11:00-da başlayacaq tədbir AFFA-nın inzibati binasında reallaşacaq.

Mətbuat konfransında millimizin UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 5-də Bakıda İsveç və sentyabrın 8-də Koşitsedə Slovakiya yığmaları ilə oyunlar üçün heyəti açıqlanacaq.

Shares: