Formula 1-in baş direktoru Stefano Domenikali yalnız gənc sürücülərin və çempionata yeni gələnlərin iştirak edəcəyi ilk sprint yarışının Əbu Dabidə keçirilə biləcəyini təsdiqləyib.
“Mövsümün sonunda Əbu-Dabidəki sınaqlar zamanı gənclər üçün sprint yarışı keçirə bilərik. Biz sərhədləri genişləndiririk və gəncləri Formulaya cəlb edirik”, – deyə Domenikali “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
Əbu-Dabidə mövsümsonrası sınaqlar dekabrın 10-da keçiriləcək. Komandaların hər biri iki avtomobillə təmsil olunacaq. Əsas şərtlərdən biri avtomobillərdən birinin yalnız gənc sürücü tərəfindən idarə olunmasıdır.