Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək MOİK-in baş məşqçisinin adına aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, ordu komandasını ispaniyalı mütəxəssis çalışdıracaq.

Belə ki, Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi çalışan Alberto Blanko yüksək liqa klubunda işləyəcək.

İspaniyalı məşqçi MOİK-lə bir illik müqavilə imzalayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp