Basketbolun “Şöhrət Zalı”nın üzvü və dördqat MBA çempionu Şakil O’Nil, Yer kürəsinin düz olduğunu iddia etdiyi üçün 20 milyon dollar itirdiyini bildirib.

“Bu, doğru hekayədir. Mən bir dəfə Yerin düz olduğunu dedim və iddianı uduzaraq çoxlu pul itirdim. Puldan başqa təxminən 500,000 adam elektron poçtuma təhdid də göndərmişdi”, – deyə basketbolçu qeyd edib.

Şakil O`Nil 2000, 2001, 2002 və 2006-cı illərdə MBA çempionu olub. O, üç dəfə  Final seriyasının MVP-si (2000-2002) və bir dəfə də mövsümün MVP-si (2000) seçilib. Şakil 1996-cı ildə olimpiya, 1994-cü ildə isə dünya çempionu olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp