“Gəncə” voleybol klubu heyətini bolqarıstanlı Nikol Duleva ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı oyunçu 2023/2024 mövsümünü İsveçrənin VFM klubunda keçirib. O, daha əvvəl Fransanın “Stella Calais”, “Romans”, “Vandoeuvre Nancy”, Bolqarıstanın “Kazanlak” və “Rakovski” komandalarının da formasını geyinib.

Gəncə təmsilçisi buna qədər yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva, Xanım Cəlilova ilə anlaşıb. Klub əcnəbi voleybolçular rusiyalı Anastasiya Atepalina, Mariya Tuşova, tailandlı Tiçakorn Bunlert, ukraynalı Olena Napalkova və braziliyalı Kerolayn Ferreira Perottonu heyətinə qatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp