Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo karyerası ərzində 48-ci yığma komandaya qol vurub ki, bu da dünya futbolunda rekord sayılır.

Futbolinfo.az xəbər verir ki, futbolçu bunu Millətlər Liqasında Şotlandiyaya qarşı oyunda reallaşdırıb.

Qarşılaşmanın 7-ci dəqiqəsində hesabda geri düşən Portuqaliya yğması sonradan 2 qol vuraraq əzmkar qələbə qazanıb. Qollardan birini məhz “Əl-Nəsr”in ulduzu 88-ci dəqiqədə rəqib qapısından keçirib.

Bu onun karyerasında 901-ci qol olub.

Portuqaliya – Şotlandiya matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp