Azərbaycan Cüdo Federasiyası Gəncədə “ustad dərsi” təşkil edib.
Futbolinfo.az xəbər verir ki, milli kata komandasının üzvü Samir İsmayılov və digər təcrübəli idmançılar müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib, onları göstərilən fəndləri sınamağa çağırıblar.
İştirakçılar üçün viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.