Slovakiya yığmasının UEFA Millətlər Liqasının II turunda Azərbaycan millisi ilə keçirdiyi oyunun ən yaxşısı müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, Slovakiya Futbol Assosiasiyası bununla bağlı yerli azarkeşlərlə sorğu keçirib.

Maraqlıdır ki, qolları Ondrey Duda və David Streleçin vurmasına baxmayaraq, azarkeşlər sosial şəbəkədə müdafiəçini fərqləndiriblər. Belə ki, respondentlərin əksəriyyəti sol cinah müdafiəçisi David Hançkonu ən yaxşı hesab edib. Bu səbəbdən yerli assosiasiya matçın ən yaxşısı kimi Hançkonu açıqlayıb.

Qeyd edək ki, Koşitsedə keçirilən qarşılaşmada Slovakiya yığması millimiz üzərində 2:0 hesablı qələbə qazanıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp