Azərbaycan Hokkey Federasiyasının prezidenti Valeri Laryukov ölkədə bu idman növünün inkişafı üçün hökumətdən dəstək almadığını bildirib. Bir müddət əvvəl Rusiyanın idman naziri Mixail Deqtyaryov Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbovla görüşündə ölkəmizi Kontinental Hokkey Liqasına qoşulmağa dəvət etmişdi.

“Dəfələrlə Azərbaycan rəhbərliyi ilə əlaqə saxladım: səfirliyə və idman nazirinin yanına getdim və hamısı mənə bu idmanı maliyyələşdirəcək gücdə olmadıqları cavabını verdilər. 2022-ci ilə qədər biz IIHF-yə üzvlük haqqı ödəyirdik, indi isə hətta belə imkan yoxdur. İki ildir ki, heç nə ödəmirik. Fəaliyyətimiz də yoxdur. Əvvəllər konqreslər zamanı iki səsimiz var idi. Amma birini dünya çempionatlarında iştirak etmədiyimizə görə, digərini isə ölkədə hokkeyin inkişafının olmadığına görə əlimizdən aldılar.

O qədər məktub yazmışam. Ağız açmadığım yer qalmadı! İdman Nazirliyinə də, vitse-prezidentlərə də, Milli Olimpiya Komitəsinə də. Amma oradan heç bir cavab olmadı. Beynəlxalq Hokkey Federasiyasına yenicə prezident seçiləndə Lyuk Tardiffə də Azərbaycan hökuməti ilə görüşü təklif  etdim, çünki daxildən məndə heç nə alınmır. O mənimlə razılaşdı, ancaq seçiləndən sonra heç bir səs çıxmadı.

Moskvada yaşayıram. Sonuncu dəfə Bakıda 1992-ci ildə olmuşam. Azərbaycan hökuməti ilə heç bir əlaqəm yoxdur”, – deyə odds.ru portalına müsahibsəidnə Laryukov bildirib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp