Erlinq Haland “Mançester Siti” ilə yeni müqaviləyə hazırlaşır. Amma norveçlinin bir şərti ingilislərin tərəddüdünə səbəb olub.

Futbolinfo.az xəbər verir ki, hücumçu anlaşmaya “Real”la bağlı bənd saldırmaq istəyir. Əgər madridlilər onu transfer etmək istərsə, “şəhərlilər” əlçatan bir məbləğ qarşılığnda Halandı buraxmalıdır.

2 il öncə Dortmund “Borussiya”sından 60 milyon avroya transfer edilən 24 yaşlı hücumçunun müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. Mançesterlilər onunla yeni anlaşmaya hazırlaşır. 180 milyon avro dəyəri olan norveçli “şəhərlilər”i yalnız “Real”a dəyişməyə hazırdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp