İtaliyanın “Milan” klubunun futbolçusu İsmael Benasser ciddi zədə alaraq 4 aya yaxın yaşıl meydanlardan uzaq qalacaq.

Futbolinfo.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, o, Əlcəzair millisinin heyətində sıradan çıxıb.

26 yaşlı yarımmüdafiəçinin baldır əzələsindən ciddi zədə aşkarlanıb.

Onun əməliyyat olub-olmayacağı gələn həftə açıqlanacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp