“Daha yaxşısını bundan sonra etməyə çalışacağıq. Hər oyun mübarizə aparmaq və qələbəyə köklənmək istəyirik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Bəxtiyar Həsənalızadə deyib.

Müdafiəçi fasilə dövründə çatışmayan cəhətləri üzərində işlədiklərini bidlirib: “İlk turda “Qarabağ”a məğlubiyyət istisna olmaqla, geridə qalan turlar pis alınmayıb. Bəlkə də daha yaxşı ola bilərdi, amma xeyirlisi. Daha yaxşısını bundan sonra etməyə çalışacağıq. Planlarımız olduğu kimi qalır. Fasilədə çatışmayan cəhətlərimiz üzərində işlədik. Hər şeyin daha da yaxşı olacağını düşünürəm. Sadəcə, zamana ehtiyac var. Çempionatda artıq uzun illərdir iştirak edirəm. Ona görə elə də yadlaşmamışdı, öyrəşdiyim yerdir. Əvvəlki illərə nisbətən fərqlər var. Komanda sayı çoxalıb. Ümid edirik ki, daha da çox olar. Bu, liqamızın və futbolçularımızın inkişafı üçün lazımlıdır”.

GÜNAY SÜLEYMANOVA

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp