“Basket News” portalı Avroliqanın yeni mövsümündə MBA-da ən çox və ən az təcrübəsi olan oyunçuların yer aldığı komandaların adını açıqlayıb.

“Barselona” oyunçuları MBA-da ən çox təcrübəyə malikdirlər. Kataloniya klubunun 8 basketbolçusu MBA-da ümumilikdə 1898 oyun keçirib. “Real” Madrid 8 keçmiş MBA oyunçusunun iştirak etdiyi 1576 oyunla ikinci, “Panatinaikos” isə 1525 oyunla üçüncüdür.

Avroliqanın yeni komandası “BC Paris” MBA-dakı oyunçular baxımından ən aşağı təcrübəyə malikdir. Onların heyətində bir nəfər də keçmiş MBA oyunçusu yoxdur.

Avroliqa mövsümünün başlamasına üç həftə qalmış iştirakçı komandalarda 97 keçmiş MBA oyunçusu var ki, bu da ötən mövsümün əvvəli ilə müqayisədə bir nəfər çoxdur. Heyətdə MBA təcrübəsinə malik oyunçularının sayına görə lider “Olimpiakos”dur (10).

Sırf oyunçular baxımından “Real”ın mərkəz basketbolçusu Serj İbaka 14 illik karyerası ərzində 919 oyunla ən yüksək nəticəyə malikdir. O, həm də bu mövsüm Avroliqada 8 MBA çempionundan biridir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp