“Real” qapıçısı Andrey Luninlə yeni müqavilə imzalayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ukraynalı qolkiperin yeni sözləşməsi 2030-cu ilin iyununa kimi nəzərdə tutulub. 25 yaşlı qapıçının “kral klubu” ilə əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayına qədər idi.

“Transfermarkt” portalında Luninin dəyəri 25 milyon avrodur. O, 2018-ci ildən Madrid klubunda çıxış edir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp