“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur xoşagəlməz açıqlamasına görə bir neçə oyunu buraxa bilər.

Futbolinfo.az xəbər verir ki, uruqvaylı futbolçu komanda yoldaşı Son Hın Minə etdiyi zarafata görə diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib. Belə ki, o, Sonun formasını vermək istənildikdə, gülərək, cənubi koreyalıların bir-birinə çox bənzədiyini bildirib:

Məhkəmə sentyabrın 19-da keçiriləcəyindən, Bentankur “Arsenal”a qarşı oynaya biləcək. Gələcəkdə onun günahı təsdiqlənərsə, futbolçu 6-12 matçı buraxa bilər.

27 yaşlı yarımmüdafiəçi Premyer Liqa və İngiltərə kubokunda iştirak edə bilməyəcək, diskvalifikasiya avrokubok oyunlarına şamil edilməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp