Liqa 1-in xüsusi komissiyası PSJ-nin əleyhinə qərar verib. Qurum Kilian Mbappenin şikayətini təmin edib.

Futbolinfo.az xəbər verir ki, fransalı hücumçu parislilərin müqavilə şərtlərini pozduğunu əsas gətirərək keçmiş klubundan şikayət etmişdi. Komissiya futbolçunun haqlı olduğu qənaətinə gəlib. PSJ 55 milyon avro təzminatı ödəməsə, transfer qadağasına məruz qalacaq.

Amma bu, hələlik yekun qərar deyil. PSJ appellyasiya şikayəti verəcək və məsələ bir daha araşdırılacaq.

Xatırladaq ki, Mbappe bu yay PSJ-dən azad agent kimi ayrılaraq “Real”a keçib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp