Çoxlarının idmanla məşğul olduğunu görmək artıq təəccüblü deyil. İstər sosial şəbəkələrdə, istərsə də ətrafımızda aktiv həyat tərzi kifayət qədər təbliğ olunur.

Son illər açılan müxtəlif idman klubları, fitness zalları, idmana olan marağı artıran səbəblərdən biridir. Bəs, bu aktivlik həyatımızı necə dəyişir?

Samir Məmmədov (məşqçi): “Kardioməşqlərə üstünlük verən insanlar mütləq şəkildə pəhriz saxlayırlar ki, o pəhrizin faydasını da gün ərzində görürlər. Gənclərə, böyüklərə, uşaqlara – hər bir kəsə tövsiyə edərdim ki, idmanla məşğul olsunlar. Həm sağlam olarlar, həm də gümrah həyat tərzi onların şəxsi həyatına da müsbət təsir göstərir”.

168fab6d d741 4bc7 acac 69e97a577108 1 - Futbolinfo.az

Gənc nəslin sağlamlığı və fiziki cəhətdən inkişafı dünyada ən vacib məsələlərdən biridir. İdman insanların sağlamlığına xidmət edən ən mühüm amil, uşaq və gənclərin mənəvi tərbiyəçisidir. Mütəmadi idman məşqlərinin faydaları hər kəsə məlumdur. Lakin bir çox insan vaxt məhdudiyyətindən idmana laqeyd yanaşırlar.

Günün rejimini araşdıran alimlər 18- 64 yaş arasında olan insanlarda qısa müddətli intensiv hərəkətlərin (məsələn, yerimək) 10 dəqiqəlik mütəmadi sürən idman məşqlərinə bərabər olduğu qənaətinə gəliblər. Bu cür kardioməşqlər bir sıra xəstəliklərin, həmçinin xroniki ürək xəstəliklərinin qarşısını alır.

b27f714c 06be 4ec8 b6f5 4d3eb6dabc13 - Futbolinfo.az

Samir Məmmədov (məşqçi): “Hazırda günümüzün global problemlərindən biri olan artıq çəkidən əziyyət çəkmək, sağlam qidalanmamaq, aşırı dərəcədə qan təziyqi – bunların hamısının səbəbi düzgün qidalanmamaqdır. Ancaq idmanla məşğul olarkən qan sistemində, hətta həzm problemi olan insanlar belə, necə gözəl fayda verəcəyini özləri görəcəklər”.

Əlbəttə, idman sadəcə, uşaqların və gənc nəslin məşğul ola biləcəyi məşğuliyyət deyil. Müasir dövrümüzdə idman yaşlı əhali arasında da güclü mövqe tutur. Bəziləri üçün idman yalnız hobbi deyil, həm də həyatın bir hissəsidir.

c59bb3de 48df 4b33 a59d 6f874c35ee1a - Futbolinfo.az

Nazim Əliyev (şəhər sakini): “Gənc və yeniyetmə yaşlarımdan idmanla məşqul olmuşam. İdmanla məşğul olduğum müddətdə özümü həmişə fəal və aktiv hiss etmişəm. Təzyiq nə olduğunu bilmirəm. Səhərlər idman gimnastikası etməyi yeniyetmələrə və uşaqlara tövsiyə edirəm”.

BƏHRUZ MUSAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

media - Futbolinfo.az
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp