AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın B kateqoriyalı məşqçi kursunun 2-ci mərhələsi keçirilib.

Futbolinfo.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, dörd gün davam edən məşğələlərə təlimatçılar Aslan Kərimov, Osman Rəhimov və Arif Əsədov rəhbərlik ediblər.

Qeyd edək ki, məşqçi kursunun 1-ci modulu avqustda keçirilib. 3-cü mərhələ 30 sentyabr – 3 oktyabr, 4-cü mərhələ (imtahan həftəsi) isə 4-8 noyabr tarixlərində baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp