UEFA 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milandakı “San Siro” stadionundan keçirməkdən imtina edib.

Futbolinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib: “Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin “San Siro” stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir”.

Shares: