“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenhem”lə keçirəcəyi ilk oyunun vaxtı dəyişdirilib.

Futbolinfo.az xəbər verir ki, bu barədə “SKY Sports” nəşri məlumat yayıb.

Bildirilib ki, Azərbaycan çempionunun İngiltərə təmsilçisi ilə matçı öncədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 23:00-da başlamayacaq. Səbəb qonaq komandanın Londonda tıxaca düşməsidir. “Qarabağ” hələ də “Tottenhem” stadionuna çatmayıb. Bu səbəbdən qarşılaşmanın başlama saatının ən azı yarım saat gecikdiriləcəyi gözlənilir.

Shares: