Ümumdünya Antidopinq Agentliyi (WADA) idmanda qadağan olunmuş maddələrin yenilənmiş siyahısını dərc edib. Bu düzəlişlər WADA-nın İcraiyyə Komitəsinin sentyabrın 12-də keçirilən iclasında təsdiq edilib və 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ksipamid qadağan olunmuş diuretiklər arasına, midodrin və tezofensin isə stimullaşdırıcılar sinifinə salınıb, quanfatsin isə qadağan olunmuş maddələr siyahısından çıxarılıb. Elacestrat antiestrogenik maddə kimi hormonal və metabolik modulyator kimi təsnif edilib.

Qanın və onun komponentləri – plazma, eritrositlər, leykositlər, trombositlər və periferik qanın kök hüceyrələrinin donorluğu qadağan olunmuş prosedurlar siyahısından çıxarılıb.

Shares: