Şuşada şahmat üzrə Vüqar Həşimov Memorialında ikinci oyun günü başa çatıb.
Futbolinfo.az xəbər verir ki, 8 qrossmeysterin qüvvəsini sınadığı turnirdə şahmatçılar dünən olduğu kimi rapid növündə çıxış ediblər.
Azərbaycan yarışda 3 idmançı – Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlı ilə təmsil olunur.
4-cü tur
Şəhriyar Məmmədyarov – Aravind Çitambaram 0,5:0,5
Aydın Süleymanlı – Rauf Məmmədov 1:0
Yan Nepomnyaşi – Riçard Rapport 1:0
Vladislav Artemyev – Nodirbek Abdusattorov 0,5:0,5
5-ci tur
Nodirbek Abdusattorov – Şəhriyar Məmmədyarov 0:1
Riçard Rapport – Vladislav Artemyev 0,5:0,5
Rauf Məmmədov – Yan Nepomnyaşi 1:0
Aravind Çitambaram – Aydın Süleymanlı 1:0
6-cı tur
Şəhriyar Məmmədyarov – Aydın Süleymanlı 1:0
Yan Nepomnyaşi – Aravind Çitambaram 1:0
Vladislav Artemyev – Rauf Məmmədov 0,5:0,5
Nodirbek Abdusattorov – Riçard Rapport 1:0
7-ci tur
Riçard Rapport – Şəhriyar Məmmədyarov 0:1
Rauf Məmmədov – Nodirbek Abdusattorov 0:1
Aravind Çitambaram – Vladislav Artemyev 0:1
Aydın Süleymanlı – Yan Nepomnyaşi 0,5:0,5
Bu qarşılaşmalardan sonra Nepomnyaşi 10, Məmmədyarov 9, Abdusattorov və Artemyev 8, Rapportla Süleymanlı 6, Çitambaram 5, Məmmədov isə 4 xal toplayıb.
Vüqar Həşimov Memorialında sabah şahmatçılar blits növündə mübarizə aparacaqlar.