Sentyabrın 28-də Litvanın Utena şəhərində keçirilən “Samsonas Rally” mərhələsi faciəvi qəzaya görə yarımçıq qalıb. Latviyadan olan heyət “Ford Focus” avtomobili ilə yoldan çıxaraq camaatın üzərinə çıxıb.

“Yerli vaxtla saat 21:47-də dördüncü mərhələdə ekipaj gözlənilməz səbəblərdən trasdan çıxıb və 9 nəfəri yaralayıb. Təəssüf ki, bir nəfər hadisə yerində vəfat edib. Bütün digər şəxslərə lazımi tibbi yardım göstərilib.

İdman Komissarları Kollecinin qərarı ilə ralli yarışları dayandırılıb. Litva Motor İdmanları Federasiyası bu hadisə ilə bağlı araşdırmaları davam etdirir. Yeni faktlar məlum olan kimi ictimaiyyətə məlumat veriləcək.

“Bütün yarış ictimaiyyəti və təşkilatçıları bu faciəli hadisə ilə əlaqədar həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir. Biz xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”, – deyə təşkilatçıların rəsmi bəyanatında deyilir.

Son məlumata görə, hadisə zamanı 14 nəfər yaralanıb, ölən şəxsin isə 22 yaşı olub.

Shares: