Tərtər Olimpiya İdman Kompleksində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində açıq rayon birinciliyi keçirilib. Yarış idmanın boks növü üzrə təşkil olunub.

Turnirdə yerli boksçularla yanaşı Ağcabədi, Naftalan, Mingəçevir və Qazax da daxil olmaqla ümumilikdə 5 komandanın dəri əlcək ustası mübarizə aparıb. 130 boksçunun qatıldığı yarış maraqlı idman mübarizəsi şəraitində keçib.

Sonda qaliblər medal və diplomlarla təltif ediliblər.

BƏHRUZ MUSAYEV

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp