Argentina Formula 1 yarışlarına yenidən ev sahibliyi etmək istəyir.

“RacingNews365”in verdiyi xəbərə görə, ölkədə Formula 1-ə maraq bu mövsüm nəzərəçarpacaq dərəcədə artıb. Bunun da əsas səbəbi Franko Kolapintonun “Williams”a keçməsidir.

Sonuncu dəfə Argentina qran-prisi 1998-ci ildə Buenos-Ayresdəki “Autodromo Oscar Juan Galvez”də baş tutub. Yarışın bərpa etdirilməsi təşəbbüsü Turizmin İnkişafı, İdman və Ətraf Mühit Naziri Daniel Skioli tərəfindən irəli sürülür. Onlar yaxın vaxtlarda layihəni Argentina prezidentinə təqdim etmək niyyətindədirlər.

Qeyd edilir ki, avtodromu bərpa etmək və FİA-dan ikinci kateqoriyanı almaq üçün layihəyə ən azı 20 milyon dollar sərmayə qoyulmalıdır.

Skiolinin F1 rəhbərliyi ilə məsələni müzakirə etmək üçün San-Pauluda keçiriləcək Braziliya qran-prisinə gələcəyi gözlənilir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp