“Renault” şirkəti Formula 1 üçün mühərrik istehsalından imtina edib. Bu qərara görə, “Alpin” komandası artıq zavoddan müştəri statusuna keçəcək.

“Renault”dan verilən açıqlamada, Viridəki mühərrik zavodunun “Renault” və “Alpin” avtomobillərində istifadə üçün texnologiyaların hazırlanacağı bir mərkəzə çevriləcəyi qeyd edilib. Eyni zamanda, Viridəki texnologiya mərkəzi yarış departamentləri üçün yeni layihələr üzərində işləyəcək, WEC-də “Alpin” proqramını dəstəkləyəcək.

Hazırda “Alpin” komandasının 2026-cı ildən hansı mühərriklərindən istifadə edəcəyi dəqiq deyil. Bir müddət əvvəl Fransa komandasının bu məsələ ilə bağlı “Mercedes”lə danışıqlar apardığı bildirilirdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp